XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 May 2018 - 16:08

GUAM ölkələrinin hökumət başçılarının növbəti iclasının tarixi məlum olub- İyunda keçiriləcək

GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın üzv ölkələrinin hökumət başçılarının növbəti iclası iyun ayında keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə təşkilatın baş katibi Altay Əfəndiyev Ukrayna mətbuatına müsahibəsində deyib.

A.Əfəndiyev bildirib ki, baş nazirlər gələn ay Moldovanın paytaxtı Kişinyovda görüşəcək.

Baş katib əlavə edib ki, bu il GUAM üzv ölkələrinin dövlət başçılarının sammiti keçirilə bilər.