XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 May 2018 - 20:03

Kiyevdə otellərin qiyməti 3-10 dəfə bahalaşıb- Çempionlar Liqasının final oyunu ərəfəsində

UEFA Çempionlar Liqasının final oyunu ərəfəsində Ukraynanın paytaxtı Kiyev şəhərində otel və hostellərin qiyməti 3-10 dəfə bahalaşıb. Otellərin demək olar ki, hamısı, hostellərin isə əksəriyyəti artıq bron edilib.

Azərtac-ın yerli mətbuata istinadla verdiyi məlumata görə, turizm şirkətləri açıqlayıblar ki, qonaqlar orta hesabla 2-4 gün Kiyevdə qalacaq. Final oyununun keçiriləcəyi “Olimpiya” stadionuna yaxın ərazilərdəki otellərin qiyməti daha bahadır. Ən çox 3, 4 və 5 ulduzlu otellər bron edilib.

Qeyd edək ki, Çempionlar Liqasının final oyunu mayın 26-da Kiyevdə keçiriləcək. Final oyununa ən ucuz biletin qiyməti 70 avrodan başlayır. Ən bahalı I kateqoriyalı biletin qiyməti isə 450 avrodur.