XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2018 - 11:13

Gəncədə yaşayış binası yanır- İki yanğınsöndürən xəsarət alıb

Gəncə şəhərində yaşayış bınasının dam örtüyü yanır.

“Report”un Qərb bürosunun məlumatına görə, yanğın şəhərin Dəmiryolu Vağzalının yaxınlığında, Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli binada baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı FHN-in yanğınsöndürənlərindən azı ikisi xəsarət alıb.

Sakinlər təxliyyə olunub. Hazırda yanğın söndürülmək üzrədir.

Yanğının başvermə səbəbləri araşdırılır.