XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2018 - 11:47

Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul edəcək- Bu tarixdə

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 26-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, vətəndaşlar nazirliyin səlahiyyətlərinə və əməkdaşlarının fəaliyyətinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.