XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 May 2018 - 16:16

Rəşad Sadıqov “Qarabağ”ın U-19 komandasının baş məşqçisi vəzifəsindən ayrılıb- Bu səbəbdən

Rəşad Sadıqov “Qarabağ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.

Azərtac kluba istinadla xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi və “Qarabağ”ın kapitanı işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medalların sahibi olub. Ağdam təmsilçisi UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan klubu olub.