XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 May 2018 - 18:58

İzmir şəhərində Bakı Parkının açılışı olub- FOTO

Türkiyənin İzmir şəhərinin Narlıdərə rayonu ərazisində Bakı Parkının açılışı olub.

Azərtac xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rəsmilər, Azərbaycanı və Türkiyəni təmsil edən tanınmış şəxslər, habelə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Əziz Kocaoğlu, Narlıdərə rayon bələdiyyəsinin sədri Əbdül Batur, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin sədri Asif Qurbanlı çıxış edərək Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, Bakı Parkının açılışı qardaş Türkiyə xalqının Azərbaycana və paytaxtımıza olan tükənməz sevgisinin təzahürüdür.

Sonra Azərbaycan əsilli şair Tuğrul Kəskin Azərbaycan və Bakı haqqında şeirlər söyləyib.

Yerli sakinlər bayramsayağı bəzədilmiş Bakı Parkının açılışını rəğbətlə qarşılayıblar.