XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

06 May 2018 - 22:17

Erməni hərbçi döyüş mövqeyində başından güllə yarası alaraq ölüb

Mayın 6-sı səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin şimalda yerləşən hərbi hissələrindən birinin müdafiə məntəqəsinin döyüş mövqeyində hərbçi ölüb.

“Report” erməni mətbuatına istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü hərbi qulluqçu Levon Arsenoviç Torosyanın başında odlu silah yarası aşkar edilib.

Hadisənin səbəblərinin araşdırılması məqsədi ilə istintaq aparılır.