XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 May 2018 - 11:51

YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib –FOTO

 

Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Fəxri xiyabanda onun məzarını ziyarət edib.

APA-nın xəbərinə görə, baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, baş nazirin müavini Əli Həsənov, YAP icra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər şəxslər Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarları ziyarət edərək, önünə əklil və gül dəstələri qoyub, ehtiramlarını bildirib.