XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 May 2018 - 16:37

Saatlıda şagirdin ölüm səbəbi açıqlandı:"Tənəffüs zamanı ürəyi tutub"

Saatlı rayonu, SarıcalaR kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Yəhya Ağayev tənəffüs zamanı ürək tutmasından vəfat edib.

Bu barədə APA-ya Saatlı Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, ilkin tibbi yardım göstərilməsinə və şagirdin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.