XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

19 Aprel 2015 - 03:57

İran: “ABŞ İŞİD-ə müntəzəm şəkildə yardım edir”

“Yaxınlarda ABŞ-ı da, Avropanı da terror dalğası bürüyəcək”

İran silahlı qüvvələri baş qərargahınn rəisi, general-mayor Həsən Firuzabadi İranın bir sıra KİV-nə verdiyi müsahibədə bildirib ki, ABŞ HHQ-nin təyyarələri İŞİD terrorçularının nəzarət etdiyi aeroportlara müntəzəm reyslər edir və onlara silah, pul, qida məhsulları çatdırır.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, general deyib: “Biz bu barədə məlumat almışıq. Birləşmş Ştatların İŞİD qruplaşmasına silah, pul və ərzaq tədarük edib sonra da bunu səhvən etdiyi barədə üzr istəməsi lazım deyil. Amerikalılar sözdə deyirlər ki, İŞİD-ə qarşı mübarizə aparmaq istəyirlər, əməldə isə başqa şey görürük – onlar müşahidə aparır və düşmənin mövqeyini seyr edirlər”.

Firuzabadi hesab edir ki, artıq yaxın zamanda ABŞ-ı da, Avropanı da terror dalğası bürüyəcək: “Bütün dünyanın insanları terrorçuları silah və pulla təmin etməli deyil, terrorizmlə mübarizə aparmalı və yaşamaq hüququnu müdafiə etməlidir. Təchizat sayəsində İŞİD artıq dünyada ən yüksəkgəlirli silahlı qruplaşmaya çevrilib. Əgər ABŞ İŞİD-in yaradılmasına kömək etmədiyi barədə inandırmalarında səmimidirsə, onda bu terror qruplaşmasının öhdəsindən asanlıqla gələ bilər. Biz ümid edirik ki, Amerika və Britaniya hökumətləri, heç olmasa, öz xalqlarının xatirinə İŞİD-ə qarşı mübarizə aparacaq”.