XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 May 2018 - 20:04

Zakir Həsənov “Efes-2018” təlimlərində uğur qazanmış hərbçiləri mükafatlandırıb- FOTO

İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyədə səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da təlimlərdə iştirak edən Azərbaycan hərbçiləri ilə görüşüb.

Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, təlimlərdə uğur qazanmış heyəti təbrik edən müdafiə naziri Azərbaycan hərbçilərinin beynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.

Qeyd edək ki, aprelin 11-də başlayan “Efes-2018” təlimlərində Azərbaycan ordusu 100 nəfərdən artıq şəxsi heyətlə təmsil olunur.