XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 May 2018 - 09:42

Zakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib –Türkiyədə + FOTO

İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da “Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub.

Strateq.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti əvvəlcə Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olublar.

Sonra Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyib.