XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

10 May 2018 - 14:12

Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti avqustda keçiriləcək –Açıqlama

 Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitinin avqust ayında keçirilməsi planlaşdırılır.

Bunu Bakıda səfərdə olan Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “Report”un sualına cavab olaraq deyib.

Onun sözlərinə görə, hazırda yüksək ekspertlər səviyyəsində mütəmadi müzakirələr aparılır: “Biz istəyirik ki, avqust ayında Astanada keçiriləcək Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti məhsuldar olsun, Xəzər dəniizinin hüquqi statusu ilə bağlı Konvensiya imzalansın”.

Q.Karasin bildirib ki, sənədin imzalanması Xəzər dənizi regionunda iqtisadi və ekoloji əməkdaşlığın genişləndirilməsinə imkan verəcək, on illər ərzində regionun sabitliyini və inkişafını təmin edəcək.