XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

10 May 2018 - 15:45

Bakıda məktəbdə yanğın olub –Şagirdlər təxliyə edilib

Bu gün saat 13:05 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi baş verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib.

Şagirdlər məktəbdən təxliyə olunub, xəsarət alan yoxdur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib.

Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.