XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2018 - 19:08

“Yuventus” klubu Mario Madzukiçi satmağı planlaşdırır

İtaliyanın “Yuventus” futbol klubu hücumçusu Mario Madzukiç ilə yollarını ayırmaq istəyir.

Azərtac xəbər verir ki, klub rəhbərliyi 31 yaşlı xorvatiyalı oyunçuya yeni komanda tapmaq üçün üç fərqli agentə müraciət edib. Bu qərara klub rəhbərliyi “Yuventus”un baş məşqçisi Massimiano Aleqrinin hücumçunun çıxışından narazı olduqdan sonra qəlib.

Qeyd edək ki, İtaliya çempionatının cari mövsümündə Mario 30 matçda beş qol vurub və üç məhsuldar ötürmə verib.