XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

12 May 2018 - 20:57

Premyer Liqa:"Keşlə" "Qarabağ"a qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

“Report”un məlumatına görə, turun ilk oyununda “Keşlə” doğma meydanda “Qarabağ”la üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi başa çatıb. Görüşdə hesab erkən açılıb. 4-cü dəqiqədə paytaxt təmsilçisinin legioneri Andre Klenon komandasını hesabda önə çıxarıb. Bu qoldan 4 dəqiqə sonra Pərdis Fərcad-Azad fərqi 2 topa çatdırıb. Görüşdə son nöqtəni isə Slavik Alxasov qoyub. Müdafiəçi 16-cı dəqiqədə fərqlənməklə qələbədə pay sahibi olub.

Bu nəticədən sonra xallarının sayını 28-ə çatdıran “Keşlə” 6-cı yerdəki mövqeyini daha da yaxşılaşdırıb. “Qarabağ” isə 62 xalla birinci yerdədir.

Qeyd edək ki, 27-ci tura bu gün keçiriləcək digər 3 qarşılaşma ilə yekun vurulacaq. “Neftçi” “Səbail”i, “Zirə” “Kəpəz”i, “Sumqayıt” isə “Qəbələ”ni qəbul edəcək.

17:00. “Keşlə” – “Qarabağ” – 3:0

Qol: Andre Klennon, 4. Pərdis Fərcad-Azad, 8. Slavik Alxasov, 16

Hakimlər: Rəşad Əhmədov, Mehman Mahmudov, Namiq Hüseynov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Xaqani Məmmədov

Bakı. “İnter Arena”

İlk üç dövrə – 0:1, 0:2, 1:1