XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2018 - 10:33

Baş Prokurorluğun mətbuat xidmətinə yeni rəhbər təyin olundu –Eldar Sultanov postundan getdi

 

Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin edilib.

“Report”un xəbərinə görə,  Baş Prokurorluğun veb-saytında “KİV-lə əlaqələrə görə məsul şəxslər” bölməsində bununla bağlı dəyişiklik edilib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yeni prokuroru Zeynalov Kənan Fikrət oğludur.

Yeni təyinatı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a təsdiqləyib. E.Sultanov bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə K.Zeynalov Gəncə şəhər prokurorluğunun müstəntiqi vəzifəsindən azad edilərək Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsinin icrası həvalə edilib.