XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

15 May 2018 - 16:23

Bakıda NATO ekspertlərinin daimi qrupu ilə üçgünlük görüş başladı –Müdafiə Nazirliyi açıqladı

NATO ilə əməkdaşlıq çərçivəsində Bakıda ilk dəfə tərəfdaşların arxa cəbhə ekspertlərinin daimi qrupu ilə hərəkət və nəqliyyat, dayanıqlı planlaşdırılma və hərəkət sərbəstliyi mövzularında görüşü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, mayın 18-dək davam edəcək tədbirdə 13 ölkədən 24 nümayəndə iştirak edir.

Ekspert qrupunun əsas məqsədi NATO əməliyyatlarına töhfə verən tərəfdaş ölkələrin maddi-texniki təminat bölmələrinin imkanlarını müəyyənləşdirərək səmərəli istifadəsi üçün inkişaf etdirmə yollarını tapmaqdır.