XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

15 May 2018 - 17:51

Əfv Məsələləri Komissiyasının üzvü:"Bu gün daha 100 məhkumun müraciətinə baxılıb"

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcid Trend-ə bildirib ki, Əfv Komissiyasının işi növbəti iclasdan sonra yekunlaşacaq. Onun sözlərinə görə, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

R.Məcid əlavə edib ki, Komissiyanın bügünkü iclasında həmçinin əcnəbilərin müraciətlərinə baxılıb.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1200-dən artıq müraciətə baxıb.