XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

15 May 2018 - 23:20

Tramp müsəlmanları Ramazan ayı münasibətilə təbrik etdi:"Ümidlərinizə qoşuluruq"

ABŞ prezidenti Donald Tramp müsəlmanları Ramazan ayının başlaması münasibətilə təbrik edib.

Bununla bağlı ABŞ prezidentinin bəyanatında bildirilir.

“Ramazan bizə müsəlmanların Amerikanın dini landşaftına əlavə etdiyi sərvəti xatırladır. Bizim konstitusiyamız zəmanət verir ki, müsəlmanlar öz vicdanlarının hökmlərinə uyğun olaraq və hökumət tərəfindən hər hansı maneəsiz Ramazana riayət edə bilərlər“, – deyə Trampın bəyanatında deyilir.

Dövlət başçısı qeyd edib ki, xeyli insan Ramazanı bayram edirlər.

“Melanya və mən onların mübarək ayda verdikləri ümidlərinə qoşuluruq. Ramazanınız mübarək”, – deyə Tramp fikirlərini yekunlaşdırıb/Report.