XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

19 Aprel 2015 - 16:28

Prezident səfirlərin etimadnamələrini qəbul etdi

Prezident səfirlərin etimadnamələrini qəbul etdi

Bu gün prezident İlham Əliyev Qazaxıstan və Vyetnamın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

ANS PRESS-in məlumatına görə, Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nquyen Than Şon və Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev etimadnamələrini dövlət başçısına təqdim ediblər.
Prezident İlham Əliyev yeni təyin edilmiş səfirlərlə söhbət zamanı ölkələr arasındakı əlaqələrdən, ikitərəfli münasibətlərin səviyyəsindən razılığını bildirib, əlaqələrin gəlcəkdə daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.