Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Şuradan Trend-ə verilən məlumata görə, iclasda “Farrux Teleradio” MMC-nin və “Shakh Telecom” MMC-nin IP TV yayımı üçün lisenziya verilməsi barədə müraciətlərinə baxılıb və onlara kabel şəbəkəsi yayımı (yayım üsulu – internet, IP TV) üçün müddətsiz lisenziya verilib.