XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 May 2018 - 19:06

ATƏT-in həmsədrləri gələn ay Ermənistana gedəcək –  Tanışlıq səfəri

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) gələn ay Ermənistana səfər edəcəklər.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.

Həmsədrlər iyun ayında Ermənistana səfər edəcəklər. Aydındır ki, Ermənistanda hökumət dəyişib, xarici işlər naziri dəyişib. Ən azı tanışlıq səfəri edəcəklər“, – deyə o vurğulayıb.