XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 May 2018 - 03:05

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi:"Ankara NATO üzrə çox mühüm tərəfdaş olaraq qalmaqdadır"

“Ankaranın Vaşinqtondakı səfirini geri çağırmaq qərarı heç də ABŞ-Türkiyə münasibətlərinin zəifləməsi demək deyil, Ankara mühüm tərəfdaş olaraq qalmaqdadır”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.

“Biz Türkiyənin səfirini geri çağırmaq qərarından məlumatlıyıq. Bu, Türkiyənin qərarıdır, bu cür addım atmağa onun hüququ var. Mən hesab etmirəm ki, bu, Türkiyə hökuməti ilə əlaqələrimizi zəiflədəcək. Onlar NATO üzrə çox mühüm tərəfdaş olaraq qalmaqdadır ”, – deyə Hizer Nauert bildirib.