XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

18 May 2018 - 23:03

Sabiq nazirin oğlundan villalarının sökülməsi xəbərinə reaksiya:"Orada anam yaşayırdı..."

Bu gün  mərhum nazir Natiq Əliyevə məxsus Teymur Əliyev küçəsindəki villanın satılması və onun sökülərək, yerində otel tikilməsi ilə bağlı məlumat yayılıb.

Strateq.az qafqazinfo-ya istinadən xəbər verir ki,  sabiq nazirin oğlu Fərhad Əliyev yayılan məlumatlardan təəssüf hissi keçirdiyini bidirib.

O, həmin ünvanda həqiqətən də atasına aid evin olduğunu təsdiqləyərək, orada anasının yaşadığını söyləyib. Lakin F.Əliyev bu evin satılması ilə bağlı xəbərin yalan olduğunu, atasının ilinə hazırlaşdıqları bir zamanda belə bir informasiyanın yayılmasından böyük məyusluq hissi keçirdiyini qeyd edib.

Sabiq nazirin oğlu mətbuatdan əvvəllər olduğu kimi, bundan sonra da atası ilə bağlı mövzularda həssas davranmağı xahiş edib.