XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

19 May 2018 - 21:36

Canluici Buffon “Yuventus”da karyerasını başa vurub

“Yuventus” futbol üzrə İtaliya A Seriyasının 38-ci turunda “Verona” üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Turinin “Alyans” stadionunda keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

“Qoca Sinyora”nın heyətində Daniele Ruqani və Miralem Pyaniç, “Verona”da isə Alessio Çerçi fərqlənib.

Əfsanəvi qapıçı Canluici Buffon “Yuventus”un heyətində son matçını keçirib. 40 yaşlı futbolçu 64 dəqiqə meydanda olub və Karlo Pinsolyo ilə əvəzlənib. Azarkeşlər Buffonu ayaqüstə sürəkli alqışlarla yola salıblar.

Byankoryerilərin heyətində isveçrəli Ştefan Lixtştayner də sonuncu oyununu keçirib. İkinci hissədə qol imkanı yaransa da, o, penaltidən fərqlənə bilməyib.

Ötən tur çempionluğu özünə təmin etmiş “Yuventus” yarışı aktivində 95 xal ilə başa vurub. “Verona” (25) isə sonuncudan sonrakı yeri tutaraq A Seriyasını tərk edib.