Türkiyə superliqasının çempionu bəlli olub.
Strateq.az bildirir ki, çempion İzmirdə baş tutan son turda müəyyənləşib.
Belə ki, İzmirdə “Göztəpə” ilə qarşılaşan “Qalatasaray” 66-cı dəqiqədə oyunda hesabı açıb. Qolu penaltidən Gomis vurub – 0:1.
Bu qələbə sayəsində xalını 75-ə çatdıran “Aslan”lar çempion olublar.
Qeyd edək ki, bu qələbə sayəsində baş məşqçi Fateh Terim “Qalatasaray”ın sükanı arxasında 17-ci kubokunu qazanıb. “Qalatasaray” isə bu gün 21-ci çempionluğunu elan edib.
Xatırladaq ki, bu gün keçirilən digər oyunda “Başakşəhər” “Kasımpaşa”ya 3-2 qalib gəlib. “Beşiktaş” isə “Sivasspor” darmadağın edib – 5:1.
“Fənərbaxça” isə evində “Konyaspor”la gərgin mübarizədən 3 – 2 hesabı ilə qalib ayrılaraq, xalını “Başakşəhər”lə bərabərləşdirib.
Hər iki komanda 72 xal toplasa da, digər göstəricilərə görə “Fənərbaxşa” ikinci pillədə yerləşərək, Çempionlar Liqasında çıxış etmək imkanı əldə edib.
“Beşiktaş” superliqanı 71 xalla 4-cü pillədə başa vurub.