XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

20 May 2018 - 21:42

“Belə şərtlərlə işləyə bilmərəm…” –Samir Abasov istefa verdi

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov istefa verib.

40 yaşlı mütəxəssis bu qərarını “Zirə”yə evdə 1:2 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 28-ci tur matçından sonra mətbuat konfransında açıqlayıb.

O bildirib ki, bu, komandada sonuncu oyunu olub: “Belə şərtlərlə işləyə bilmərəm. Çünki “Sumqayıt” sanki reabilitasiya mərkəzidir”.

Xatırladaq ki, bu məğlubiyyətdən sonra “Sumqayıt” Premyer Liqanı 5-ci yerdə başa vurub və Avroliqaya vəsiqə qazana bilməyib/Qol.az.