XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

21 May 2018 - 00:12

Məşhur rusiyalı milyarderi İngiltərəyə buraxmırlar –Abramoviçin viza müddəti bitib, yenisini ala bilmir

Böyük Britaniyanın rusiyalı milyarder Roman Abromoviçin vizasını uzatmadığı bildirilir.

Bu barədə “The Bell” portalı biznesmenin ətrafına istinadla xəbər verir.

Mənbənin məlumatına görə, Abromoviçin vizasının müddəti 3 həftə əvvəl bitib. Ona viza verilməməsi ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.

Amma “The Bell” yazır ki, Abromoviçin təyyarəsi sonuncu dəfə Londonda ötən ayın əvvəllərində olub.

Vizası uzadılmadığından, milyarder mayın 19-da İngiltərə Kubokunun finalına gələ bilməyib. Finalda Avramoviçin “Çelsi” klubu “Mançester Yunayted” komandasına qalib gəlib.

Qeyd edək ki, rusiyalı keçmiş kəşfiyyatçı Sergei Skripal və qızı Yulianın martın 4-də İngiltərənin Solsberi şəhərində zəhərlənməsindən sonra Britaniya ilə Rusiya arasındakı münasibətlər kəskin pisləşib. London onların zəhərlənməsinə görə Moskvanı günahlandırır. Moskva isə ittihamı rədd edir.

Britaniya və bir sıra Qərb ölkələri insidentə görə Rusiyanın 150-dən çox diplomatını qovub.

Moskva da həmin ölkələrə qarşı eyni addım atıb.

azadliq.org