XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

22 May 2018 - 13:21

Naxçıvanda şəhid olan əsgər “Şücaətə görə” medalı ilə  təltif olundu –Zakir Həsənov əmr imzaladı

 

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub.

Bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.