XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 May 2018 - 16:45

Müdafiə Nazirliyi Beyləqanda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi Beyləqanda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu həlak olub.

 Avtomobildə olan digər sərnişin, M.Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, Azərbaycan Ordusu ilə əlaqədar olan istənilən məsələnin Müdafiə Nazirliyinin Mətbuat xidməti ilə dəqiqləşdirilməsi vacibdir.