“Bizi sistemli şəkildə və utanmazcasına təhdid edirlər”
İranın ali dini rəhbəri Əli Xamenei bildirib ki, İranın nüvə təhlükəsi barədə mif ABŞ tərəfindən şişirdilib.
Strateq.az İran nəşrinə əsasən bildirir ki, ali dini rəhbər əlavə edib: “Əsil təhlükə məhz ABŞ-dır. O, bizim nüvə silahlanmamız barədə miflər yaratdı ki, İslam respublikasını təhlükə qaynağı kimi təqdim etsin. Xeyr, Amerikanın özü təhlükə mənbəyidir. Bizi sistemli şəkildə və utanmazcasına təhdid edirlər. Biz istənilən halda hər cür hərbi təhlükəyə qarşı hazır olmalıyıq”.