XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2018 - 16:14

Ronaldu dünyanın ən məşhur idmançısı seçilib- İlk "10-luq" açıqlandı

İspaniyanın “Real Madrid” klubunun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu dünyanın ən məşhur idmançısı hesab olunub.

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın ESPN kanalı araşdırma aparıb. ABŞ-ın “Klivlend Kavalyers” komandasının basketbolçusu Lebron Ceyms 2-ci, İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi isə 3-cü olub.

Qeyd edək ki, siyahı hazırlanarkən idmançıların gəlirləri, sosial şəbəkədəki abunəçilərinin sayı və “Googla”da axtarış sorğusunun nəticələri təhlil edilib.

İlk “10-luq”da qərarlaşan idmançılar bunlardır.

1. Kristiano Ronaldo – futbol

2. Lebron Ceyms – basketbol

3. Lionel Messi – futbol

4. Neymar – futbol

5. Roje Federer – tennis

6. Tayqer Vuds – qolf

7. Kevin Dürant – basketbol

8. Rafael Nadal – tennis

9 Stefen Körri – basketbol

10. Fil Mikelson – qolf.