XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 May 2018 - 12:07

Bakı metrosunda insident- Oğlan özünü qatar yoluna atıb

Bakıda metroda növbəti insident baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 09:25-də “Koroğlu” stansiyasında baş verib.

Onun sözlərinə görə, stansiyada olan gənc oğlan özünü qatar yoluna ataraq relslərin üzərində oturub. Metropoliten əməkdaşları dərhal “Həzi-Aslanov” – “İçərişəhər” istiqamətində hərəkət edən qatarın maşinistinə bu barədə xəbər verib və xətdən gərginlik ayrılaraq oğlan relslərin üzərindən çıxarılaraq polisə təhvil verilib.

Qatarların hərəkətində bir-neçə dəqiqəlik gecikmə olsa da, hazırda qatarların hərəkəti normal qaydada davam edir.