XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2018 - 14:35

Paytaxtın bəzi küçələrində hərəkət məhdudlaşdırılacaq- Bu gün axşam saatlarından

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Səbail rayonunun Azneft dairəsi, Niyazi, İstiqlaliyyət və Lermontov küçələrində, həmçinin Neftçilər prospektinin Əziz Əliyev küçəsi – “Dalğa Plaza” arasında yerləşən hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.

Bu barədə Azərtac-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Bu məqsədlə sözügedən küçələr boyu mayın 24-də axşam saat 22:00-dan səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.