XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

24 May 2018 - 14:29

Milli Şuranın 28 mayda mitinq keçirməsinə razılıq verilmədi –Müxalifət bayram günü Novxanıda toplaşmağı qərara aldı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının mayın 28-nə paytaxtda planlaşdırdığı mitinqə razılıq vermədiyi deyilir. Strateq.az xəbər verir ki, bu haqda Milli Şuradan bildiriblər. Məlumata görə, Milli Şura mayın 28-də mitinq keçirməkdən ötrü BŞİH-ə müraciət edib.

Ancaq icra hakimiyyəti bu müraciətə müsbət cavab verməyib.

Milli Şuradan verilən məlumata görə, BŞİH bildirib ki, mitinqin mayın 26-da keçirilməsini məqsədəuyğun hesab edir. BŞİH-in cavabının Milli Şurada müzakirə edildiyi, mayın 26-da mitinq keçirmək qərarından imtina olunduğu bildirilir.

Milli Şura isə mayın 28-də Novxanıda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı bayram mitinqi keçirməyə qərar verib.