XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2018 - 19:36

NATO rəsmisi və hərbi attaşelər Azərbaycan ordusunun kəşfiyyat bölüyünün təlimini izləyib- FOTO

Mayın 24-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib.

Nazirlikdən verilən məlumata görə, Müdafiə Nazirliyinin general heyəti ilə birgə Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi, diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri təlimi izləyiblər.

Təlim mayın 25-də sona çatacaq.