XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

26 May 2018 - 19:26

“Real”-“Liverpul” oyunu:10 mindən artıq polis təhlükəsizlik tədbirlərinə cəlb olunub

UEFA Çempionlar Liqasının bu gün Kiyevdə keçiriləcək final oyunu ilə əlaqədar Ukrayna Daxili İşlər Nazirliyinin 10 mindən artıq əməkdaşı paytaxtda təhlükəsizlik tədbirlərinə cəlb edilib.

Bu barədə Azərtac-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, son bir sutkada Kiyevdə azarkeşlər arasında elə də ciddi insident yaşanmayıb. Səhər saatlarında yalnız tələbələr arasında insident yaşanıb və polislər dərhal vəziyyəti nəzarətə alıblar.

Bundan başqa, paytaxt metrosunun 5 stansiyasında bombanın qoyulması barədə məlumat yoxlanılıb. Nəticədə həmin məlumatların yalan olduğu müəyyənləşib.

Ukraynanın Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə isə, son bir sutkada 18 mindən artıq azarkeş qəbul edilib. Səkkiz nəfər Ukraynanın qanunvericiliyini pozduğu üçün ölkəyə buraxılmayıb.