XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 07:30

Tehrandakı səfirmiz İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri ilə görüşüb

tehran sefir.jpg

Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sübhanifər ilə görüşüb, danışıqlar aparıb.

Strateq.az bildirir ki, bu barədə İranın “Səhər TV” kanalı məlumat yayıb.

İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sübhanifər bildirib ki, İran və Azərbaycanın müsəlman xalqları arasındakı tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi üçün möhkəm dayaq sayılır.

“İki ölkə parlamentindəki dostluq qrupları əlaqələrin inkişafı yolunda duran maneələrin aradan qaldırılmasında təsirli rol oynaya bilərlər. Həmçinin iki ölkə arasında imzalanmış anlaşma sənədlərinin icra edilməsi daha artıq inkişafa və xalqın rifahına səbəb ola bilər”- deyə Sübhanifər əlavə edib.

Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşir Axundov da iki ölkə arasındakı əlaqələrin inkişaf prosesindən razılıq edib. Səfir vurğulayıb ki, İran və Azərbaycan prezidentlərinin mütəmadi şəkildə görüşmələri əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi məsələsində hər iki tərəfin nə qədər əzmkar olduğundan xəbər verir.

“İki tərəf arasında imzalanmış əməkdaşlıq sənədlərinin icrası və Astara-Qəzvin dəmiryolunun istifadəyə verilməsi ilə iki ölkə və region ölkələri arasında ticarət əlaqələri daha da genişlənəcək”-deyə C. Axundov bildirib.

X. SƏFƏRLİ