Türkiyədə səfərdə olan Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov rəsmi görüşlərdən sonra xanımı ilə Bursa şəhərini ziyarət edib.
SİA-nın türk mətbuatına istinadən məlumatına görə, türkiyəli həmkarı Faruk çelik tərəfindən Bursaya dəvət olunan Səlim Müslümov səfərdən məmnun qaldığını deyib.
Səlim Müslümov qeyd edib ki, Ankaradan Bursaya gəldik, yollar çox gözəldir: “Mən 3 il Mərmərə Universitetində müəllim işləmişəm. Türkiyədə olduğum 4 il müddətində heç vaxt Bursaya gəlməmişdim. İndiyə qədər bunu özüm üçün müəyyən çatışmazlıq kimi hiss edirdim”.
Nazir Bursada Orxan məscidi, Kozahan və Ulucamini ziyarət edib, daha sonra kanatla Uludağa gedib. Xüsusilə, Ulucamiyə heyran qaldığını deyən, nazir və həyat yoldaşı daha sonra Kozahanda alış-veriş edib.