XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2018 - 18:15

Rusiyanın bir gecədə 4 hərbi müşaviri öldü –Suriyada

Rusiyanın Müdafiə Nazirliyi hərbi qüvvələrin dörd hərbçisinin Suriyanın şimalında “terrorçularla” toqquşma zamanı öldüyünü bildirib.

Nazirliyin bazar günü açıqladığı bəyanata əsasən, ölənlər Deyr Əz-Zor bölgəsində Suriyanın ordu birləşməsində hərbi müşavir kimi çalışırdı.

Rusiya xəbər agentliklərinin yaydığı bəyanatda nazirlik Suriyanın birləşməsindəki hərbi müşavirlərin hadisə yerində öldüyünü bildirib. Bəyanata əsasən, yaralanan iki əsgər isə Rusiyanın hərbi hospitalında ölüb.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, gecə baş verən döyüş zamanı 43 üsyançı qətlə yetirilib.

Rusiya Suriyada prezident Bəşar Əsəd qüvvələrinə əsas üsyançı qrupların geri çəkilməsi, eləcə də İŞİD qrupuna qarşı əməliyyatlarda mühüm hərbi dəstək göstərir. Rusiya və Suriya silahlı müxalif qüvvələri “terrorçular” adlandırır.

Amerikanın Səsi