XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2018 - 12:06

Elmar Məmmədyarov Nyu-Yorka getdi –BMT-də AXC-nin yubleyi qeyd olunacaq

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka yola düşüb.

Bu barədə Trend-ə Azərbaycan XİN-dən məlumat verilib.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT-nin rəhbərliyi və digər rəsmi şəxslərlə bir sıra ikitərəfli rəsmi görüşləri də nəzərdə tutulub.