XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2018 - 20:25

Abutalıbovun oğlu Bakıda restoran açdı- FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Baş nazirin müavini Hacıbala Abutalıbovun oğlu restoran açıb.

Criminal.az xəbər verir ki, İsrafil Abdutalıbovun yeni restoranı Biləcəri qəsəbəsində yerləşir.

Adı “Ətirşah” olan restoranda müştərilərə spirtli içki, qəlyan çəkmək və söyüş söymək qadağan edilib.

Bir müddət əvvəl mətbuatda İsrafil Abutalıbovun İstanbulun Sultanahmet məhəlləsində dəyəri 20 milyon dollara otel alması xəbəri yayılmışdı.

“Ajwa” adlı oteldə Azərbaycan mətbəxini təklif edən ayrıca restoran da fəaliyyət göstərir.

Turizmgazatesi.com-un yazdığına görə, İ.Abutalıbov “Ajwa” markası ilə ikinci otelini də Kapadokyada açacaq.