XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2018 - 18:58

Leysan yağışları Tovuzda fəsadlar yaradıb

 

Tovuz rayonuna yağan güclü leysan fəsadlara səbəb olub.  Rayon mərkəzinə və kəndlərə düşən güclü yağış avtomobil yollarında və səkilərdə hərəkəti çətinləşdirib. Xüsusilə rayon mərkəzindəki küçələr daha keçilməz olub. Kanalizasiya boruları yağış suları ilə dolub, gediş-gəliş üçün nəzərdə tutulan yollar yağış sularının altında qalıb. Bölgənin digər rayonları-Qazax və Ağstafada da güclü yağış oxşar vəziyyət yaradıb. Leysan təxminən yarım saat davam edib.