XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2018 - 13:46

“BakuBus”ın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub

Paytaxtda sərnişindaşıma ilə məşğul olan “BakuBus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

“Report”a daxil olan məlumata görə, bu vəzifəyə jurnalist Qabil Babayev təyin edilib.

O, yeni işində Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri təyin edilmiş Mansur Piriyevi əvəzləyib.