XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2018 - 14:41

Dövlət Komitəsi sədrinə yeni köməkçi təyin edilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə yeni köməkçi təyin olunub.

“Report” xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Nərimanov Nəsimi Rafiq oğlu Dövlət Komitəsi sədrinin köməkçisi təyin edilib.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin köməkçisi Əkbər Əkbərov bir müddət əvvəl işdən çıxarılıb.