Nizami rayon Məhkəməsi ReAL Partiyasının fəalı Nəriman Mücahid İsmayılı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) 30 sutka inzibati həbsə məhkum edib.
Bu barədə “Amerikanın Səsi”nə REAL Partiyasının Məclsi üzvü Natiq Cəfərli bildirib.
Bununla da REAL Partiyasının tərəfdarlarının mayın 28-də Bakıda İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı keçirdikləri bayram nümayişindən sonra 3 fəalı həbs edilib. Cəfərlinin sözlərinə görə, hazırda Yasamal rayon Məhkəməsində REAL Partiyasının daha bir fəalı (4-cü fəal) Ərəstun Baxşəliyevin eyni ittihamla işinə baxılır. “Bunlardan əlavə REAL-ın daha 4 fəalı sahə müvəkkiləri tərəfindən polisə dəvət edilib”, o qeyd edib.