Belarusda ölkə prezidentinin köməkçisi, Grodnensky vilayətinin inspektoru Sergey Rovneiko saxlanıb. Bu haqda Belarusun təhlükəsizlik xidməti – KGB məlumat yayıb. Onun 200 min dollar rüşvət aldığı yerdə tutulduğu bildirilir. Hazırda məmurun etirafedici ifadə verdiyi qeyd olunur.
Hüquq-mühafizə orqanları hələ bir il öncədən Rovneikonun “müxtəlif şəxslər”dən “”onun səlahiyyətində olan məsələlərin həlli üçün” rüşvət almasından xəbərdar imiş. O vaxtdan məmurun hərəkətləri izlənirmiş, buna sanksiyanı şəxsən prezident Aleksandr Lukaşenko veribmiş.
Təqsiri sübuta yetirilsə, 15 ilədək həbsə məhkum oluna bilər. O, prezidentin köməkçisi vəzifəsinə 2015-ci il iyunun 25-də təyin olunmuşdu. Lukaşenko bu ilin fevralında deyirdi ki, korrupsionerlər prezidentdən “əfv gözləməsinlər”.