XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

31 May 2018 - 09:37

Nazarbayev “ömürlük” başçı seçiləcək  –Senata yeni qanun layihəsi təqdim olunub

Qazaxıstan Senatının komitəsi Prezident Nursultan Nazarbayevin ölkənin Təhlükəsizlik Şurasına ömürlük sədrlik etməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Layihəni Senatın Konstitusiya qanunvericiliyi, məhkəmə sistemi və hüquq-mühafizə orqanları üzrə Komitəsi hazırlayıb və qəbul edib. 

Qanun layihəsində qeyd olunub ki, Qazaxıstan Respuiblikasının birinci prezidentinin – Elbaşının tarixi missiyasına əsasən, Təhlükəsizlik Şurasına ömürlük başçılıq etmək ona məxsusdur. Layihə Senatda da təsdiqlənməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Qazaxıstan Məclisi (parlamentin Aşağı Palatası) ikinci oxunuşda Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük başçılıq etməsi barədə qanun layihəsinin təsdiqləmişdi.

(Report)