XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2018 - 15:35

Şimali Koreya Xalq Məclisinin sədri İlham Əliyevi təbrik etdi:“Dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək”

 

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Nam AXC-nin 100 illik yubleyi ilə bağlı prezident İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

İcazə verin, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost ölkənizin hökumətini və xalqını səmimi qəlbdən təbrik edim.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dərin tarixi kökləri olan ənənəvi dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizin inkişafı və firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.